Tanınmış futbolçu MLS klubuna keçməyə yaxındır

“Barselona” və “Liverpul” kimi komandalarda çıxış etmiş yarımmüdafiəçi Filippe Koutinyo ABŞ-ın “Los-Anceles Qalaksi” klubuna keçə bilər.

Komanda.az xəbər verir ki, bu barədə “Diario AS” məlumat yayıb.

Koutinyo yaxınlarda “Vasko da Qama”nı tərk edib və Kaliforniya klubu ilə sərbəst agent statusunda müqavilə imzalaya bilər.

33 yaşlı futbolçu cari mövsümdə Braziliya klubunda 7 oyuna çıxaraq 3 qol vurub və 1 məhsuldar ötürmə verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button