“Barselona”nın istədiyi futbolçu ilə yeni müqavilə

Almaniyanın “Şalke” klubu yarımmüdafiəçisi Amin Aritlə müqavilənin müddətini uzadıb.

Komanda.az xəbər verir ki, bu barədə Bundesliqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Mərakeşli futbolçu ilə yeni müqavilə 2024-cü ilin yayına qədər nəzərdə tutulub. Əvvəlki müqavilə 2021-ci ilə qədər idi.

22 yaşlı futbolçu 2017-ci ildən Helzenkirhen təmsilçisinin uğurları üçün çalışır. Həmin vaxt “Nant”dan transfer olunan Arit indiyə qədər “Şalke”də 76 oyuna çıxıb, 10 qol vurub.

Qeyd edək ki, İspaniya və Almaniya mətbuatında Aritlə “Barselona”nın maraqlandığına dair xəbərlər yayılmaqdadı.