“Barselona”nın futbolçusu 2 həftəlik sıradan çıxdı

İspaniya çempionu “Barselona” ciddi itki ilə üzləşib.

Komanda.az xəbər verir ki, Kataloniya təmsilçisinin futbolçusu Jordi Alba zədələnib.

O, UEFA Çempionlar Liqasının qrup mərhələsinin ilk turu çərçivəsində Dortmund “Borussiya”sı ilə səfər oyununda sıradan çıxıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Mətbuat xidməti Albanın dəqiq nə vaxt yaşıl meydanlara dönəcəyini açıqlamayıb. Amma yerli mətbuatın yazdığına görə, ispaniyalı müdafiəçi azı 2 həftə komandasına kömək edə bilməyəcək.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button