Xavi: “Yalnız qələbə haqda düşünürük və bunun üçün hər şeyi etməliyik”

“Barselona”nın baş məşqçisi Xavi İspaniya La Liqasının 20-ci turunda “Qranada”ya qarşı keçirəcəkləri səfər matçından əvvəl fikirlərini bildirib.

Komanda.az xəbər verir ki, İspaniya mətbuatına danışan Xavi, oyunla bağlı bunları söyləyib:

“Uğurlu nəticə hər zaman müsbət motivasiya verir. “Linares” üzərində qələbə mənəvi cəhətdən bizə kömək oldu. “Barselona”nı heç-heçə və ya məğlubiyyət qane etməz. Yalnız qələbə haqda düşünürük və bunun üçün hər şeyi etməliyik.

“Qranada” ilə səfər oyunu çətin olacaq. Bu matçda qələbə qazansaq, mənəvi gücümüz daha da artacaq və özümüzə inamımız yerinə gələcək. “Sevilya” və “Betis”lə matçda daha yaxşı oynayan tərəf biz olsaq da, qələbə qazana bilmədik. Yalnız “Bayern” bizdən güclü oldu və layiqli qələbə qazandı. Digər matçlarda xal itkisinə layiq deyildik”.

Bu gün keçiriləcək “Qranada” – “Barselona” matçı saat 21:30-da başlayacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button