“De Yonq cərimə meydançasında Neymardan daha təhlükəlidir”

“Barselona”nın baş məşqçisi Ronald Kuman yeni transferləri Luk de Yonqla keçmiş hücumçuları Neymarı müqayisə edib.

Komanda.az “Mundo Deportivo”ya istinadən xəbər verir ki, Kuman, de Yonqun hücumun mərkəzində daha yaxşı olduğunu deyib:

“Luk de Yonq cərimə meydançasında Neymardan daha təhlükəlidir. “Barselona”nın belə hücumçusu yox idi. Hər komandada de Yonq kimi forvard olmalıdır. Ötən il klub rəhbərliyinə onun kimi hücumçuya ehtiyacımız olduğunu demişdim”.

“Barselona” de Yonqu “Sevilya”dan icarəyə götürüb.

Hazırda Fransanın PSJ klubunda çıxış edən Neymar 2013-2017-ci illərdə “Barselona”da forma geyinib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button