“Barselona”nın 1 milyard avrodan çox borcu var!

“Barselona”nın maliyyə vəziyyəti “kövrək” olaraq qalır və baş məşqçi də daxil olmaqla, klubdakı hər kəsə təsir edir.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, hazırda baş məşqçi Xavi üçün yüksək statuslu yeni futbolçuların transferinə ümid etmək çətindir.

Bu arada, ARA nəşri məlumat yayıb ki, “Barselona” 2032-ci ilə qədər 1,3 milyard avro dəyərində krediti qaytarmalıdır. Eyni zamanda, 2028-ci ilə qədər 613,5 milyon avro ödənilməlidir. Bir sözlə, Kataloniya klubunun rəhbərliyinin üzərində işləməli bir çox şey var.

“Barselona” İspaniya çempionatında ikinci pillədə qərarlaşıb. Mövsümün çempionu “Real” olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button