
“Barselona”dan antirekord göstərici
UEFA Çempionlar Liqasının 7-ci turunun oyunları keçirilir. Bu tur çərçivəsində “Barselona” Çexiyanın “Slaviya” komandası ilə qarşılaşıb.
Oyun erkən buraxılan qolla başlasa da, “Barselona” tez toparlanaraq nəinki hesabı bərabərləşdirib, hətta matçı qələbə (4:2) ilə başa vurmağı bacarıb. Bununla belə, Kataloniya təmsilçisi yenə də qapısını toxunulmaz saxlaya bilməyib.
Beləliklə, “Barselona” ardıcıl 10-cu oyundur ki, avrokuboklarda qol buraxır. Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, bu göstərici klub tarixində Avropa turnirlərində qeydə alınan ən uzun belə seriya olub və antirekord kimi tarixə düşüb.
“Barselona” Çempionlar Liqasının son turunda “Kopenhagen”lə üz-üzə gələcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



