“Barselona” yapon futbolçunu istəyir

“Barselona” mövsümlərarası fasilədə heyətini yeni futbolçu ilə gücləndirməyi planlaşdırır.

Komanda.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, Kataloniya təmsilçisi “Brayton”un yarımmüdafiəçisi Kaoru Mitoma ilə maraqlanır.

Yapon futbolçunu transfer etmək istəyən klublar arasında “Mançester Yunayted” və “Mançester Siti” də var.

“Brayton” Mitomanı 2022-ci ilin yanvar ayında “Union Sent Cillois”dən transfer edib. Yaponiya millisinin üzvü cari mövsümdə “qağayılar”ın heyətində meydana çıxdığı 11 rəsmi matçda 3 qol vurub və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button