“Barselona” da Rodriyə “elçi düşüb”

“Barselona” “Mançester Siti”nin yarımmüdafiəçisi Rodrini transfer etmək istəyir.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Kataloniya klubu ispaniyalı futbolçunun mümkün transferi ilə bağlı artıq “Mançester Siti”dən məlumat istəyib.

Bildirilir ki, “Barselona” 30 yaşlı yarımmüdafiəçini heyətini gücləndirmək üçün əsas namizədlərdən biri hesab edir. Klubun Rodriyə maraq göstərməsinin səbəblərindən biri də Frenki de Yonqun zədəsidir.

Rodrinin “Mançester Siti” ilə müqaviləsinin müddəti 2027-ci ilin yayına qədərdir. Tərəflər hələlik yeni sözləşmə ilə bağlı razılığa gələ bilməyiblər. Bu vəziyyətdən isə Avropanın bir neçə klubu, həmçinin, “Real” yararlanmağa çalışır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button