“Barselona” “10”-nu heç kimə vermək istəmir

“Barselona” rəhbərliyi son olaraq Lionel Messiyə məxsus olan 10 nömrəli formanı 2021/2022 mövsümündə heç kimə vermək istəmir.

Komanda.az xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb. “Barselona”da bu mövsüm əsas komandada heç kim 10 nömrəli formada çıxış etməyəcək.

Daha əvvəl bu formanın Filippe Koutinyoya veriləcəyi iddia edilirdi.

Lionel Messi “Barselona”dan ayrılaraq Fransanın PSJ klubu ilə müqavilə imzalayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button