“Barselona” Pikenin boşluğunu onunla dolduracaq

“Barselona” yanvar ayında “Atletik”in müdafiəçisi İniqo Martinezi transfer edə bilər.

Komanda.az xəbər verir ki, barədə “Mundo Deportivo” məlumat yayıb.

Məlumatda bildirilir ki, Jerar Pikenin klubdan ayrılmaq qərarına görə, “Barselona” “Atletik”lə 2023-cü ilin yayına qədər müqaviləsi olan İniqo Martinezlə anlaşa bilər. Bu ilin iyulunda Kataloniya klubu 31 yaşlı müdafiəçi ilə şifahi razılığa gəlib, bir şərtlə ki, “Atletik” onu yanvarda ucuz satmağa hazır olsun və futbolçunun səhhətində problem olmasın.

İniqo Martinez “Atletik”ə 2018-ci ilin yanvarında qoşulub. Bu mövsüm o, İspaniya klubunda 8 oyun keçirib.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button