
“Barselona” onun keçidinə “yaşıl işıq” yandırıb
“Barselona”nın qapıçısı Mark-Andre ter Ştegen tibbi müayinədən keçmək üçün yaxın vaxtlarda “Jirona”ya yollanacaq.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Kataloniya klubunun rəhbərliyi 33 yaşlı qolkiperin keçidinə “yaşıl işıq” yandırıb və Ter Ştegenin artıq bu gün “Jirona”ya qoşulacağı gözlənilir.
O, mövsümün sonuna qədər “ağ-qırmızılar”ın formasını icarə əsasında geyinəcək. Müqavilədə satınalma şərti nəzərdə tutulmayıb.
Almaniyalı futbolçu cari mövsümdə yalnız İspaniya Kral kubokunda bir oyunda iştirak edib və həmin qarşılaşmada qapısını toxunulmaz saxlayıb. Onun “Barselona” ilə müqaviləsinin müddəti 2028-ci ilə qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



