“Barselona” dünya çempionunu transfer etməyəcək

“Benfika”nın müdafiəçisi Nikolas Otamendi bu qış “Barselona”ya keçməyəcək.

Komanda.az “CNN Portugal”-a istinadən xəbər verir ki, 37 yaşlı futbolçunun yanvar transfer pəncərəsində kataloniyalıların hədəflərindən biri olduğu iddia edilsə də, bu söz-söhbətlərin real əsası olmadığı görünür.

“Barselona” argentinalı futbolçunun transferində maraqlı deyil və müdafiə xətti üçün digər variantları nəzərdən keçirir.

Otamendinin “Benfika” ilə müqaviləsinin müddəti 2026-cı ilin ortalarına qədərdir. Bu səbəbdən, “qartallar”ın kapitanı yanvarda daha münasib qiymətə əldə oluna bilər.

Argentina millisinin heyətində dünya çempionu olan Otamendi fevralda 38 yaşını qeyd edəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button