
“Barselona” Kanselo üçün danışıqlara başlayıb
“Barselona”da icarə əsasında çıxış edən müdafiəçi Joao Kanselonun gələcəyinə tezliklə aydınlıq gələ bilər.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Kataloniya təmsilçisi portuqaliyalı futbolçunu komandada saxlamaq niyyətindədir və artıq bu istiqamətdə danışıqlara başlayıb.
Klub rəhbərliyi ilk növbədə icarə müqaviləsinin müddətinin uzadılması variantını nəzərdən keçirir. Bununla yanaşı, Kanselonun tam transferi də gündəmdədir. Bu halda “Barselona”nın yarımmüdafiəçisi Mark Kasadonun mümkün sözləşməyə daxil edilməsi ehtimal olunur.
Digər tərəfdən, “Əl-Hilal” rəhbərliyi Kanselonun ayrılmasına o qədər də həvəsli deyil və transfer prosesində çətinlik yaradır. Yekun qərarda 31 yaşlı futbolçunun agenti Jorje Mendeşin rolu həlledici ola bilər.
Bizi Facebook-da izləyin



