“Barselona”nın futbolçusu Premyer Liqa klublarının təklifini rədd edib

“Barselona”nın vingeri Runi Bardqi klubdakı gələcəyi üçün mübarizəyə hazır olduğunu açıqlayıb.

Komanda.az xəbər verir ki, bu barədə “El Nacional” məlumat yayıb.

20 yaşlı futbolçu yanvarda icarəyə getmək niyyətində deyil. O, “Kristal Pelas”, “Brayton” və “Everton” da daxil olmaqla, İngiltərə Premyer Liqasından gələn bir neçə təklifi rədd edib.

“Barselona” Bardqini cari ilin yayında transfer edib. O, həmin vaxtdan bütün turnirlərdə 13 oyunda meydana çıxaraq, 1 qol vurub və 2 məhsuldar ötürmə verib. Onun kataloniyalılarla müqaviləsinin müddəti 2029-cu ilə qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button