Bakıda cüdo klubu açıldı

Bakıda olimpiya və paralimpiya cüdo klubunun açılış mərasimi keçirilib.

Komanda.az xəbər verir ki, tədbirdə Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov, qurumun vitse-prezidenti, ikiqat paralimpiya çempionu İlham Zəkiyev, Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti, olimpiya çempionu Elnur Məmmədli və digər şəxslər iştirak ediblər.

Bakı olimpiya və paralimpiya cüdo klubunda paralimpiyaçılarla yanaşı, olimpiyaçılar, fiziki məhdudiyyətli gənclər və uşaqlar da məşq edə biləcəklər.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button