“Bəlkə də, Qallianini tanımasaydım, həyatım başqa cür olardı”

“Milan”ın sabiq qapıçısı Nelson Dida vaxtı ilə İtaliya klubuna keçidi barədə fikirlərini bölüşüb.

Komanda.az “pianetamilan.it”-ə istinadən xəbər verir ki, o, klubun keçmiş vitse-prezidenti Adriano Qallianinin adını çəkib:

“Hələ də ona minnətdaram. Qallianinin sayəsində “Milan”a keçdim. Həyatımın ən xoş xatirələrini onunla birgə yaşadım.

Adrianonun futbola həvəsi, heyətdə braziliyalı futbolçuları görmək istəyi, əyləncəli olması… Mənə görə, o, çox önəmli insandır. Bəlkə də, Qallianini tanımasaydım, həyatım başqa cür olardı. Futbol haqda çox şey bilir”.

Braziliyalı qapıçı 1999-2010-cu illərdə Milan təmsilçisində çıxış edib. O, İtaliya təmsilçisinin heyətində 302 oyuna çıxıb və 245 qol buraxıb.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button