“Bəxtimiz gətirmirdi” – Klopp

“Liverpul”un baş məşqçisi Yurgen Klopp İngiltərə kubokunun 1/32 final mərhələsinin “Vulverhempton”la matçından sonra (2:2) açıqlama verib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, görüşə yaxşı başladıqlarını vurğulayıb:

“Oyuna yaxşı başladıq. Üstünlük qazana bilmişdik. Olduqca yaxşı qol şansları yaratdıq. Rəqib hesabı açmazdan öncə biz topu itirmişdik. Nəticədə onlar önə keçdilər. “Vulverhempton” bacarıqlarına inanaraq oynadı.

Möhtəşəm qol vurduq. Gözəl şanslarımız oldu. Düzünü desəm, matç ərzində futbolçularımın mübarizədən nə üçün qalib ayrıla bilmədiklərini düşünürdüm. “Vulverhempton” ikinci qolu vurduqdan sonra onlara qarşı heç bir müqavimət göstərə bilmirdik. Məncə, bəxtimiz gətirmirdi”.

İngiltərə kubokunun 1/32 final mərhələsinin “Liverpul” – “Vulverhempton” matçı bərabərliklə bitdiyi üçün (2:2) cütün qalibi cavab qarşılaşmasından sonra bəlli olacaq.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button