DÇ-2022: Qələbəyə baxmayaraq, məyusdur

Belçika yığmasının çalışdırıcısı Roberto Martines DÇ-2022-nin qrup mərhələsində Kanada üzərində (1:0) qazanılan qələbəni şərh edib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, baş məşqçi qələbə qazansalar da, yaxşı çıxış etmədiklərini bildirib:

“Bu matç Belçika millisinin dünya çempionatlarındakı ən pis oyunu oldu. Lakin qalib gəldik. Bəxtimiz gətirdi ki, qapıçımız əla formadadır. Biz çox məyus olduq”.

Roberto Martines boşluğun daha çox müdafiə xəttində olduğunu etiraf edib:

“Düşünürəm ki, kanadalılar meydanda göstərdiklərindən də yaxşı idilər. Kanadanın oyununa hörmətlə yanaşmalıyıq. Biz kifayət qədər yaxşı müdafiə oluna bilmədik”.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button