
Azərbaycan millisinin futbolçusu “Mingəçevir”dən ayrıldı
21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin üzvü Qurban Səfərov “Mingəçevir” klubundan ayrılıb.
Komanda.az xəbər verir ki, bu barədə 1-ci Liqa təmsilçisi məlumat yayıb.
Yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Qurban Səfərov hazırda U-21-in təlim-məşq toplanışında iştirak edir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



