Azərbaycan millisi Dünya Qadın Seriyasının 1/4 finalında

Azərbaycanın 3×3 basketbol üzrə millisi Dünya Qadın Seriyasının Bakı mərhələsində 1/4 finala yüksəlib.

Komanda.az xəbər verir ki, yığma qrupdakı ilk oyununda Niderlanda 13:19 hesabı ilə məğlub olub.

İkinci görüşdə komanda Çexiyanın “Praqa” klubuna 16:12 hesabı ilə qalib gələrək, qrup ikincisi kimi adını turnirin 1/4 final mərhələsinə yazdırıb.

Milli bu raundda C qrupunun lideri Latviya yığması ilə qarşılaşacaq.

Oyun mayın 27-də, saat 18:15-də başlayacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button