Azərbaycan klubu amerikalı basketbolçu ilə anlaşıb

“Abşeron Lions” heyətini amerikalı basketbolçu ilə gücləndirib.

Bakı təmsilçisindən Komanda.az-a verilən məlumata görə, Trevion Lamarla müqavilə imzalanıb.

27 yaşlı oyun qurucusunun son klubu İsveçrə təmsilçisi “Starvinqs Basket Basel” olub. O, ötən mövsüm orta hesabla 15.3 xal, 7.8 ribaund və məhsuldar ötürmələrlə yadda qalıb.

Klub daha əvvəl De Şon Eykenslə qarşılıqlı razılıq əsasında yollarını ayırıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button