Azər Bağırov yenidən bölgə klubunda – Tezliklə imzalar atılacaq

Mövsümün sonunda “Kəpəz”dən ayrılan Azər Bağırovun yeni komandasının adı məlumdur.

Komanda.az-ın əldə etdiyi məlumata görə, Bağırov artıq “Şamaxı” ilə tam razılığa gəlib. Beləliklə, Şamaxı təmsilçisi qarşıdakı mövsümdə Bağırovun baş məşqçiliyi altında mübarizə aparacaq.

Klub tezliklə yeni çalışdırıcısının təyinatını rəsmən açıqlayacaq.

“Şamaxı” son mövsümdə Ayxan Abbasovun rəhbərliyi altında çıxış etmişdi. Komanda mövsümü Premyer Liqada 38 xalla 8-ci pillədə başa vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button