
Azərbaycanlı hakim CEV tərəfindən təyinat alıb
Azərbaycanın beynəlxalq dərəcəli hakimi Fikrət Axundov Avropa Voleybol Konfederasiyası (CEV) tərəfindən təyinat alıb.
Bu barədə Komanda.az-a Azərbaycan Voleybol Federasiyasından bildirilib.
Fikrət Axundov qadın voleybolçular arasında Çelenc Kubokunda “Panionios” (Yunanıstan) və “CSM Korona” (Rumıniya) komandaları arasında keçiriləcək görüşün baş hakimi olacaq. Matçda ikinci hakim kimi makedoniyalı Vlatka Ristovski fəaliyyət göstərəcək.
Oyun noyabrın 25-də Yunanıstada keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



