Azərbaycanın usta cüdoçuları Moskvada ikinci oldular

Rusiyanın paytaxtı Moskva şəhərində usta cüdoçular arasında beynəlxalq turnir keçirilib.

Komanda.az xəbər verir ki, 15-ci dəfədir təşkil olunan nüfuzlu yarışda Rusiya, Yunanıstan, İspaniya, Gürcüstan, Ermənistan, Belarus, Monqolustan, Qırğızıstan, Tacikistan, Özbəkistan idmançıları ilə yanaşı Azərbaycanın veteran cüdoçuları da mübarizə aparıblar.

1/8 finalda Ermənistan komandasını 5:0 hesabı ilə məğlub edən usta cüdoşularımız 1/4 finalda Qırğızıstana 5:0, 1/2 finalda isə Tacikistan millisinə 3:2 hesabı ilə qalib gələrək finala çıxıblar.

Finalda meydan sahibləri Rusiya komandasına 2:3 hesabı ilə uduzan millimiz beynəlxalq turnirin gümüş medalını qazanıb. Belarus və “RROS Qvardiya” komandaları bürünc medallara sahib olublar.

Sonda yarışın mükafatçılarına kuboklar, medallar və diplomlar təqdim edilib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button