Tokio-2020: Azərbaycanın üç idmançısı finala vəsiqə qazandı

Azərbaycanın üç idmançısı Tokio-2020 Yay Paralimpiya Oyunlarında finala vəsiqə qazanıb.

Komanda.az xəbər verir ki, paracüdoçular Sevda Vəliyeva ilə Xanım Hüseynova və Hüseyn Rəhimli finala vəsiqə qazanıb.

Qadınlar arasında 63 kq çəki dərəcəsində mübarizə aparan paracüdoçu Xanım Hüseynova yarımfinalda çinli rəqibi Yu Vanqa qalib gələrək finala vəsiqə qazanıb.

Kişilər arasında 81kq çəki dərəcəsində mübarizə aparan paracüdoçu Hüseyn Rəhimli yarımfinalda koreyalı rəqibi Lini məğlub edib və finala çıxıb.

Qadınlar arasında -57 kq çəki dərəcəsində mübarizə aparan paracüdoçu Sevda Vəliyeva yarımfinalda türkiyəli rəqibi Zeynəb Çəlikə qalib gələrək finala vəsiqə qazanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button