Azərbaycanı AÇ-də təmsil edəcək cüdoçular bəlli oldu

Noyabrın 5-də Macarıstanın paytaxtı Budapeştdə 23 yaşadək cüdoçular arasında start götürəcək Avropa çempionatında Azərbaycan komandası 8 idmançı ilə təmsil olunacaq.

Komanda.az xəbər verir ki, kişilərin yarışında Elçin Hüseynov (66 kq), Zelim Tskayev, Məhərrəm İmamverdiyev (81 kq) və İmran Yusifov (+100 kq) mübarizə aparacaqlar.

Qadınların mübarizəsində isə Aydan Vəliyeva, Ramilə Əliyeva (hər ikisi 48 kq), Səbinə Əliyeva (52 kq) və Nərgiz Hacıyeva (63 kq) bacarıqlarını nümayiş etdirəcəklər.

Noyabrın 7-dək davam edəcək Avropa çempionatında 38 ölkədən 307 (175 kişi, 132 qadın) cüdoçu mübarizə aparacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button