“Azərbaycana yaxşı nəticə ilə qayıtmağa çalışacağıq”

“Neftçi”nin futbolçusu Dario Federiko Avropa Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində İsrailin “Bney Yehuda” klubuna qarşı keçirəcəkləri cavab matçı öncəsi fikirlərini bölüşüb.

Komanda.az xəbər verir ki, 28 yaşlı braziliyalı hücumçu artıq rəqibi yaxşı tanıdıqlarını bildirib:

“Həftə ərzində oyuna yaxşı hazırlaşmışıq. Çalışacağıq ki, Azərbaycana yaxşı nəticə ilə qayıdaq”.

Braziliyalı vinger özünün əsas xüsusiyyətlərindən birinin driblinq etmək olduğunu söyləyib. O deyib ki, rəqib yenə qapansa, fərdi oyuna üstünlük verəcək.

Qeyd edək ki, avqustun 15-də Petak Tikvadakı “Ha Moshava” stadionunda keçiriləcək “Bney Yehuda” – “Neftçi” matçı Bakı vaxtı ilə saat 21:00-da başlanacaq. Bakıdakı ilk görüş heç-heçə ilə nəticələnib – 2:2.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button