Azərbaycan millisinin üzvü “Sumqayıt”da

“Sumqayıt” Azərbaycan millisinin futbolçusu Emil Mustafayevi transfer edib.

Komanda.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Sözügedən klub mövsümün ikinci yarısı üçün ilk futbolçu keçidini reallaşdırıb. “Sumqayıt” müqavilə ilə Ukraynanın “Polisye” klubuna məxsus yarımmüdafiəçini mövsümün sonuna qədər icarəyə götürüb.

“Aleksandriya” klubunun yetirməsi olan Emil Mustafayev karyerası boyunca “Çernomorets” və “Polisye” klublarının uğurları üçün çalışıb. 24 yaşlı yarımmüdafiəçi U-21 və əsas milli komandalarımızın da şərəfini qoruyub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button