
Azərbaycan millisinin Avropa çempionatının 1/8 finaldakı rəqibi bilindi
Minifutbol üzrə Azərbaycan millisinin Slovakiyada keçirilən Avropa çempionatının 1/8 final mərhələsindəki rəqibi məlum olub.
Komanda.az xəbər verir ki, Elşad Quliyevin baş məşqçisi olduğu komanda növbəti mərhələdə Qazaxıstan millisi ilə üz-üzə gələcək.
Azərbaycan millisi F qrupunu 9 xalla birinci pillədə başa vurub. Qazaxıstan yığması 4 xalla E qrupunda ikinci olub.
Azərbaycan komandası qrup mərhələsində Avstriya (1:0), İtaliya (3:0) və Fransanı (1:0) məğlub edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



