Azərbaycan millisi Litva ilə heç-heçə etdi

17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsinin 2-ci raundunda növbəti oyununu keçirib.

Komanda.az xəbər verir ki, B liqasının 2-ci qrupunda yer alan komanda Bolqarıstanın Plovdiv şəhərində Litva yığması ilə üz-üzə gəlib. Qarşılaşma qolsuz yekunlaşıb.

U-17 daha əvvəl Bolqarıstanla bərabərə qalıb – 1:1. Komanda martın 30-da Malta millisi ilə qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button