“Azərbaycan millisi ciddi rəqibdir” – Despodov

“Azərbaycan – Monqolustan matçının bəzi epizodlarına baxdıq. Oyunda güclü olan tərəf Azərbaycan idi. Biz də rəqibimizi analiz etmişik. Oyuna hazırıq”.

Komanda.az xəbər verir ki, bu sözləri Bolqarıstan millisinin kapitanı Kiril Despodov “FIFA series – Edition 2024” layihəsi çərçivəsində sabah Azərbaycana qarşı keçiriləcək görüş üçün təşkil edilən mətbuat konfransında deyib.

O, Azərbaycan millisinin asan rəqib olmadığını bildirib: “Azərbaycan millisi ciddi rəqibdir. Paltardəyişmə otağında heç kim Azərbaycanla oyunun bizim üçün rahat olacağını fikirləşmir. Amma ilk növbədə rəqib haqda düşünmürük, öz oyunumuz barədə fikirləşirik. Baş məşqçinin tapşırıqlarını yerinə yetirərək, müsbət nəticə qazanmağı planlaşdırırıq”.

Sabah Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyun saat 20:00-da başlayacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button