Azərbaycan kuboku: Bu gün daha 3 oyun keçiriləcək

Azərbaycan kubokunda 2023/24 mövsümünə start verilib.

Komanda.az xəbər verir ki, birinci təsnifat mərhələsinin matçları keçirilib.

“Füzuli” “Lerik”ə 0:1 uduzub. “Şahdağ Qusar” isə “Qusar” səddini penaltilərlə keçə bilib (0:0, penaltilər seriyası 5:4). 

“Göygöl” “Dinamo”ya 2:1 hesabı ilə qalib gələrək, növbəti mərhələyə vəsiqəni qazanıb. 

Bu gün kubok çərçivəsində daha üç oyun keçiriləcək.

Azərbaycan kuboku

18 noyabr

Füzuli – Lerik 0:1
Qol: Rəvan Quluzadə, 58
Hakimlər: Kamran Əliyev, Elşad Abdullayev, Zöhrab Abbasov, Şamil İmanzadə
“ASK Arena”

Qusar – Şahdağ Qusar 0:0 (penaltilər – 4:5)
Hakimlər: İnqilab Məmmədov, Kamran Bayramov, Rəhman İmami, Əkbər Əhmədov
“Kapital Bank Arena” (ehtiyat meydança)

Göygöl – Dinamo 2:1
Qol: Ziyabil Məmmədov, 75 (1:0), Vüqar Əşrəfli, 76 (2:0), Valeh Seyidov, 90+1 (2:1)
Hakimlər: Emin Əliyev, Cəmil Quliyev, Teymur Teymurov, Elvin Bayramov
Göygöl OİK stadionu

19 noyabr

14:00. Ağdaş – Cəbrayıl
Hakimlər
: Əli Əliyev, Eyyub İbrahimov, Şirmamed Mamedov, İslam Məmmədov
Ağdaş şəhər stadionu

14:00. Şəki Siti – Kür-Araz
Hakimlər:
 Fərid Hacıyev, Rahil Ramazanov, Müslüm Əliyev, Vüqar Həsənli
Şəki şəhər stadionu

14:30. Bakı Sportinq – Kürmük Qax
Hakimlər: 
Rəvan Həmzəzadə, Pərvin Talıbov, Tərlan Talıbzadə, Mahmud Bağırzadə
Binə qəsəbə stadionu

20 noyabr

14:30. Şəfa – Şəmkir
Hakimlər:
 Rəşad Əhmədov, Namiq Hüseynov, Vüsal Məmmədov, Səbuhi Bayramov
Binə qəsəbə stadionu

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button