Azərbaycan klubu futbolçusu ilə müqaviləyə xitam verdi

Azərbaycanın 1-ci Liqa təmsilçisi “Difai” futbolçusu Roman Hüseynovla yollarını ayırıb.

Komanda.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

28 yaşlı futbolçu ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

Hüseynov cari mövsümün əvvəlindən “Difai”nin heyətində çıxış edirdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button