Azərbaycan – İsveç matçını qadın hakim idarə edəcək

Azərbaycan millisinin AÇ-2024-ün seçmə mərhələsində İsveçlə keçirəcəyi oyunu qadın hakim idarə edəcək.

Komanda.az xəbər verir ki, UEFA Bakıda keçiriləcək görüşü isveçrəli Ester Staubliyə həvalə edib.

Onun köməkçiləri Yonas Erni və Susanne Künq olacaqlar. Dördüncü hakim funksiyasını Mirel Turkes yerinə yetirəcək. Lukas Fandrix VAR, Lionel Tsçudi isə AVAR olacaq.

Noyabrın 16-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək Azərbaycan – İsveç oyununu saat 21:00-da başlayacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button