Azərbaycan badmintonçusu beynəlxalq turnirdə “bürünc” qazanıb

Azərbaycanın qadın badmintonçusu Keişa Fatimə Zəhra Perunun paytaxtı Limada keçirilən “İnternational challenge” seriyalı beynəlxalq turnirdə bürünc medal qazanıb.

Azərbaycan Badminton Federasiyasından Komanda.az-a verilən məlumata görə, o, şəxsi yarışda yarımfinala qədər irəliləyib.

Badmintonçu Kanada, Kuba və İrlandiya təmsilçilərini mübarizədən kənarlaşdırıb. Keişa Fatimə Zəhra final yolunda turnirin qalibi olan yaponiyalı Kaoru Sugiyamaya 0:2 (14:21, 8:21) hesabı ilə uduzub. İdmançı üçüncü yeri tutmaqla yanaşı, hesabına 2800 reytinq xalı yazdırıb.

Kişi badmintonçuların şəxsi yarışında isə Edi Reski Dviçayo 1/4 finalda mübarizəni dayandırıb. Meksikalı və norveçli rəqibinə qalib gələn milli üzvü bu mərhələdə Qvatemala idmançısı Kevin Cordona 1:2 (22:20, 18:21, 11:21) hesabı ilə uduzub. Dviçayo 2200 reytinq xalı qazanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button