Azərbaycanlı məşqçilər beynəlxalq seminarda
Azərbaycan Basketbol Federasiyasının (ABF) dəstəyi ilə məşqçilər seminar üçün Litvaya yollanıblar.
Komanda.az xəbər verir ki, U-18 oğlanlardan ibarət komandanın və NTD klubunun baş və köməkçi məşqçiləri Tahir Baxşıyevlə Polad Həsənov, U-20 oğlanlardan ibarət millinin və “Sərhədçi” klubun baş məşqçisi Anar Sarıyev səfərin ilk günündə Vilnüsdə yerləşən NBA basketbol məktəbində olublar.
Onlar həmin məktəbdə litvalı mütəxəssislər tərəfindən keçirilmiş seminarda iştirak edərək, daha sonra Azərbaycan basketbolunun gələcək ümidi sayılan Hüseyn Qaflanovun təlim-məşq prosesini izləyiblər. Ardından Kaunasa gedən məşqçilər yerli “Jalgiris” klubunun bütün yaş qruplarının təlim-məşq prosesini izləyib, peşəkar mütəxəssislərin məşqçilik seminarlarında iştirak ediblər.
Azərbaycanlı məşqçilərin Litvada keçirilən seminarı yanvarın 21-dək davam edəcək.
Bizi Facebook-da izləyin