Azərbaycan millisi Portuqaliyaya böyük hesabla uduzdu

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün Avropa çempionatının seçmə mərhələsində növbəti oyununa çıxıb.

Komanda.az xəbər verir ki, Rəşad Eyyubovun baş məşqçisi olduğu komanda Bakıda Portuqaliya yığmasını qəbul edib. “Palms Sports Arena”da təşkil olunan qarşılaşma saat 15:00-da start götürüb.

Oyun Portuqaliya millisinin böyükhesablı qələbəsi ilə yekunlaşıb – 4:0.

Azərbaycanın U-21 millisi B qrupunda 6 komanda arasında 5 xalla beşinci pillədə qərarlaşıb. Portuqaliya 16 xalla liderdir.

U-21, Avropa çempionatı, seçmə mərhələ

27 mart

Azərbaycan – Portuqaliya 0:4
Qol: 
Moreyra, 51. Parente, 53. Çermiti, 66. Simues, 75.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button