Tokio-2020: Azərbaycanın iki güləşçisi məğlub oldu
Azərbaycanın iki güləşçisi, Rafiq Hüseynov və Elis Manolova Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.
Komanda.az xəbər verir ki, 77 kq dərəcəsində çıxış edən yunan-Roma güləşçisi Rafiq Hüseynov 1/8 finalda isveçli Aleks Kessidislə üz-üzə gəlib. Qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb. Hüseynov sonuncu xal prinsipinə əsasən qalib gələrək 1/4 finala yüksəlib. O, bu raundda Akjol Mahmudovla (Qırğızıstan) görüşüb. Hüseynov rəqibinə 1:9 hesabıyla uduzub.
Mahmudov finala yüksəlsə, Azərbaycan təmsilçisi təsəlliverici görüşə qatılacaq.
68 kq dərəcəsində çıxış edən Azərbaycanın qadın güləşçisi Elis Manolova 1/8 final mərhələsində nigeriyalı Blessinq Oborududu ilə üz-üzə gəlib. Manolova rəqibinə 2:13 hesabı ilə uduzub. Oborududu finala çıxacağı təqdirdə, Azərbaycan təmsilçisi təsəlliverici görüşə qatılacaq.
Bizi Facebook-da izləyin