Azərbaycanın dünya çempionundan təsnifat turnirində növbəti qələbə

Azərbaycan boksçusu Alfonso Dominqes Tailandın paytaxtı Banqkokda keçirilən Dünya Olimpiya Təsnifat Turnirində növbəti qələbəsini qazanıb.

Komanda.az xəbər verir ki, 92 kq çəkidə qüvvəsini sınayan yığma üzvü 1/16 finalda Marko Çaçiki (Xorvatiya) məğlub edib.

Dünya çempionu rəqibinə 5:0 (30:27, 30:27, 30:26, 30:27, 30:27) hesabı ilə qalib gəlib.

Dominqes 1/8 finalda Sanjit Sanjitlə (Hindistan) üz-üzə gələcək. Görüş mayın 31-də baş tutacaq.

Bu gün Məhsəti Həmzəyeva (57 kq) da rinqə çıxacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button