
Azərbaycanın 8 şahmatçısı dünya kubokunda iştirak edəcək
Azərbaycanın 8 şahmatçısı Gürcüstanın Batumi şəhərində keçiriləcək dünya kubokunda iştirak edəcək.
Bu barədə Komanda.az-a Azərbaycan Şahmat Federasiyasından bildirilib.
8, 10 və 12 yaşlı şahmatçılar arasında keçiriləcək yarışda Azərbaycanı Ziya Qubatov, Nurlan Qənizadə, Səfa Hümmətov, Attila Orman, Aminə Amanzadə, Nurcan Tahirova, Mehriban Əhmədli və Sadəgül Əfəndi təmsil edəcək.
Yeniyetmələr səfərə məşqçi Nicat Məmmədovun rəhbərliyi altında yollanacaqlar.
Turnir iyunun 15-28-də keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



