Azərbaycanın 1-ci Liqa klubu afrikalı hücumçunu heyətinə qatıb

Azərbaycan 1-ci Liqasında çıxış edən Xaçmazın “Şimal” futbol klubu heyətini yeni legionerlə gücləndirib.

Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, bölgə təmsilçisi Fil Dişi Sahilindən olan 21 yaşlı hücumçu Qla Anj Donaldı transfer edib.

Futbolçu ilə cari mövsümün sonunadək olan müqavilə imzalanıb.

Donald karyerası ərzində Moldovanın “Saksan” və Azərbaycanda “Mingəçevir” komandalarında çıxış edib. Hücumçunun “Şimal”ın heyətində 7 nömrəli forma ilə çıxış edəcəyi bildirilib.

“Şimal” hazırda 1-ci Liqanın turnir cədvəlində 8 xalla onuncudur.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button