Azərbaycan yığmasının Avropa çempionatı üçün heyəti açıqlandı

15-18 sentyabrda Çexiyanın paytaxtı Praqa şəhərində gənclər arasında cüdo üzrə Avropa çempionatı keçiriləcək.

Komanda.az xəbər verir ki, bu mötəbər beynəlxalq yarışa 39 ölkədən 349 idmançı qatılacaq.

Azərbaycan çempionatda 13 idmançı ilə təmsil olunacaq.

İdmançılarımız 15-17 sentyabrda çempionatın fərdi yarışlarında, 18 sentyabrda isə komanda yarışlarında iştirak edəcək.

Cüdoçularımıza performans direktor Mark van der Ham, baş məşqçi Elxan Məmmədov, məşqçilər Elxan Rəcəbli və Vüqar Hüseynov rəhbərlik edəcək.

Oğlanlar

-60 kq
Turan Bayramov
Nizami İmranov

-73 kq
Vüsal Qələndərzadə

-81 kq
Ömər Rəcəbli
Elcan Hacıyev

-90 kq
İsmayıl Zamanov
Vüqar Talıbov

-100 kq
Ruslan Nəsirli

+100 kq
Kənan Nəsibov

Qızlar

-48 kq
Könül Əliyeva

-57 kq
Səbinə Əliyeva

-63 kq
Aytac Qardaşxanlı

-78 kq
Nərmin Əmirli

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button