Azərbaycan və Ermənistan milliləri eyni qrupda

Kişi basketbolçulardan ibarət Azərbaycan millisinin 2020-ci ildə keçiriləcək Avropa çempionatındakı rəqibləri məlum olub.

Komanda.az Beynəlxal Basketbol Federasiyasına istinadən xəbər verir ki, Almaniyada keçirilən püşkatmada Azərbaycan millisinin kiçik dövlətlərin Avropa çempionatında B qrupunda mübarizə aparacağı müəyyənləşib. Millinin qrupdakı rəqibləri Ermənistan, İrlandiya və Andorra olub.

Sözügedən turnir 2020-ci il iyunun 28-dən iyulun 4-dək İrlandiyanın Limerik şəhərində keçiriləcək.