Azərbaycan Premyer Liqasına “sevgi” – 3400

Azərbaycan Premyer Liqasının 16-cı turunda qeydə alınan azarkeş sayı məlum olub.

Komanda.az xəbər verir ki, turun ilk oyunu “Əlincə Arena”da “Sabah”la “Qəbələ” arasında keçirilib ki, qonaqların 1:0 hesablı qələbəsini stadionda 600 nəfər izləyib.

Sumqayıt şəhər stadoionunda keçirilən “Sumqayıt” – “Qarabağ” matçında (0:2) 1500, 8-ci km stadionunda baş tutan “Neftçi” – “Keşlə” qarşılaşmasında (2:0) isə 1000 azarkeş qeydə alınıb.

Turun son oyunu “Bayıl Arena”da, “Səbail”lə “Zirə” arasında keçirilib. “Qartallar”ın 2:0 hesablı qələbəsini triubnalardan 300 nəfər izləyib.

Ümumilikdə, 16-cı turda 3400 azarkeş qeydə alınıb ki, bu da hər oyuna 850 nəfər deməkdir.