“Neftçi” evdə, “Zirə” səfərdə qalib gəldi

Azərbaycan Premyer Liqasında 16-cı tura yekun vurulub.

Komanda.az xəbər verir ki, iki günü əhatə edən turun açılış matçı debütant “Sabah”la “Qəbələ” arasında olub. 20 xala malik olan hər iki komanda mövsümün ikinci yarısına qələbə ilə start vermişdi. 4-5-ci yerləri bölüşdürən komandalar cari mövsümdə Premyer Liqada iki dəfə üz-üzə gəliblər. İlk dövrədəki matçda “Sabah” “Qəbələ”ni minimal hesabla məğlub edib. Qəbələdəki oyunda isə meydan sahibləri 2:1 hesablı qələbə qazanıblar. Bu komandaların ölkə kubokunun 1/4 final mərhələsindəki duelində isə “Qəbələ” üstün olub – 1:0,1:0. Bu dəfə isə “Qəbələ” səfərdə minimal hesabla üstün olub.

Günün digər oyununda “Qarabağ” Sumqayıtda eyniadlı komandanın qonağı olub. 31 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşan “köhlən atlar” qələbə qazanaraq, lider “Neftçi” ilə xal fərqinin artmamasına nail olub.

Turun qalan iki oyunu isə bu gün keçiriib. Lider “Neftçi” bu tur autsayderlər qrupunda qərarlaşan “Keşlə”ni qəbul edib. “Neftçilər” zirvədəki yerini itirməmək üçün bu oyundan da qələbə ilə ayrılmağa çalışacaqdılar. Tərlan Əhmədovun baş məşqçisi olduğu “Keşlə” “ağ-qaralar”a ciddi müqavimət göstərə bilməyib – 0:2.

Samir Abasovun başçılıq etdiyi “Zirə” bu turda 3-cü pillədəki “Səbail”lə qarşılaşıb. “Zirzəmi”də qərarlaşan “Zirə” bu oyunda da məğlub olsaydı, komandanın mövsümün sonuna kimi orta sıralara yüksəlmək arzusu mümksünsüzə çevrilə bilərdi. Amma 2 cavabsız qola sevinən qəsəbə təmsilçisi bunun sayəsində sonuncu pilləni “Keşlə”yə təhvil verib.

Azərbaycan Premyer Liqası, 16-cı tur

9 fevral

Sabah – Qəbələ 0:1

Qol: Rauf Əliyev, 31.

Hakimlər: Səbuhi Bayramov, Yaşar Abbasov, Nahid Əliyev, Nahid Xasıyev

Hakim-inspektor: Zöhrab Qədiyev

AFFA nümayəndəsi: Erkin Hüseynov

“Əlincə Arena”

Sabah: 30. Saşa Stamenkoviç, 5. Kərim Diniyev, 91. Coşqun Diniyev, 7. Rəşad Eyubov, 10. Cavid İmamverdiyev (k), 13. Filip İvanoviç, 25. Vanderson Silva, 15. Erik Ramos, 22. Miloş Bosançiç, 9. Marko Deviç, 11. Elgün Nəbiyev

Ehtiyat oyunçular: 1. Tərlan Əhmədli, 21. Novruz Məmmədov, 8. Elşən Abdullayev, 6. Vadim Abdullayev, 4. Tərzin Cahangirov, 27. Bəxtiyar Soltanov, 33. Eltun Turabov, 88. Elçin Əsədov, 97. Emil Qasımov, 77. Şakir Seyidov

Baş məşqçi: Elşad Əhmədov

Qəbələ: 22. Dmitri Bezotosnı, 34. Urfan Abbasov, 14. Cavid Hüseynov (k), 4. Elvin Camalov, 10. Rauf Əliyev, 3. Voislav Stankoviç, 17. Ceyms Adeniyi, 28. Stiven Monroz, 9. Davit Volkovi, 27. Bəhlul Mustafazadə, 2. Amin Seydiyev

Ehtiyat oyunçular: 1. Anar Nəzirov, 5. Rasim Ramaldanov, 18. İlqar Qurbanov, 11. Asif Məmmədov, 21. Atakora Lalavele, 88. Sabien Lilay, 8. Qismət Alıyev, 7. Roman Hüseynov, 98. Rövlan Muradov, 77. Samir Qurbanov

Baş məşqçi: Zaur Həşimov

______________________________________________________________________________

Sumqayıt – Qarabağ 0:2

Qol: Filip Ozobiç, 20. Bədavi Hüseynov, 81.

Hakimlər: Orxan Məmmədov, Elşad Abdullayev, Cavanşir Yusifov, Rauf Cabarov

Hakim-inspektor: Şahin Cəfərov

AFFA nümayəndəsi: Əsgər Əmirəliyev

Sumqayıt şəhər stadionu

Sumqayıt: 12. Rəşad Əzizli, 21. Arif Daşdəmirov, 2. Rail Məlikov, 3. Vurğun Hüseynov (k), 99. Əli Babayev, 10. Aleksey İsayev, 5. Adil Nağıyev, 8. Peyman Babayi, 70. Ülvi İsgəndərov, 74. Yusif Nəbiyev, 97. Xəyal Nəcəfov.

Ehtiyat oyunçular: 1. Mehdi Cənnətov, 60. Elvin Məmmədov, 22. Əfran İsmayılov, 17. Nicat Qurbanov, 7. Cavid Tağıyev, 15. Əmir Ağayev, 9. Ehtiram Şahverdiyev, 18. Süleyman Əhmədov, 20. Rüfət Abdullazadə.

Baş məşqçi: Ayxan Abbasov.

Qarabağ: 13. Vaqner da Silva, 55. Bədavi Hüseynov, 14. Rəşad Sadıqov (k), 5. Maksim Medvedev, 20. Riçard Almeyda, 17. Abdullah Zubir, 77. Donald Gerye, 19. Filip Ozobiç, 10. Dani Kintana, 7. İnnosent Emeqara, 21. Hacıağa Hacılı.

Ehtiyat oyunçular: 1. Hannes Halldorsson, 4. Rahil Məmmədov, 30. Abbas Hüseynov, 52. Yakub Jezniçak, 25. Ansi Aqolli, 6. Simeon Slavçev, 99. Reynaldo Silva, 18. İsmayıl İbrahimli, 70. Nicat Süleymanov.

Baş məşqçi: Qurban Qurbanov.

______________________________________________________________________________

10 fevral

Neftçi – Keşlə 1:0

Qol: Emin Mahmudov, 35; 68-pen.

Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Pərvin Talıbov, Rövşən Rəcəbov

Hakim-inspektor: Rövşən Əhmədov

AFFA nümayəndəsi: Məmmədəli Məmmədov

8-ci km stadionu

Neftçi: 1. Səlahət Ağayev, 18. Tural Axundov, 8. Emin Mahmudov (k), 22. Mirabdulla Abbasov, 25. Kiril Petrov, 6. Qoran Paratski, 93. Soni Mustivar, 9. Baqali Dabo, 3. Mamadu Mbodj, 11. Vangelis Platellas, 26. Ömər Buludov

Ehtiyat oyunçular: 12. Kamran İbrahimov, 15. Ruslan Abışov,

21. Məhəmməd Mirzəbəyov, 17. Rəhman Hacıyev, 7. Namiq Ələsgərov, 36. Mamadu Kane, 16. Canluka Sansone, 77. Elvin Sərkərov, 70. Əli Şirinov, 95. Rəhman Daşdəmirov

Baş məşqçi: Roberto Bordin

Keşlə: 1. Kamran Ağayev (k), 19. Azər Salahlı, 33. Tərlan Quliyev, 4. Slavik Alxasov, 3. Denis Silva, 22. Nikola Mitroviç, 14. Andre Klennon, 25. Con Kamara, 21. Luis Angelo Pena, 2. Sərtan Taşqın, 11. Vüsal İsgəndərli

Ehtiyat oyunçular: 30. Davud Kərimi, 18. Ruslan Əmircanov, 8. Seymur Əsədov, 9. Amil Yunanov, 93. Edvinas Girdvainis, 17. Samir Məsimov, 32. Valeri Kutsenko, 65. Cabir Əmirli, 66. Murad Qayalı, 34. Qədir Bayramlı, 95. Cavid Əliyev, 90. Orxan Fərəcov

Baş məşqçi: Tərlan Əhmədov

______________________________________________________________________________

Səbail – Zirə 0:2

Qol: Xulio Sezar Rodriqes, 2. Sadio Tounkara, 90+5.

Qırmızı vərəqə: Elvin Yunuszadə, 81 (ikinci sarı vərəqə).

Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Rza Məmmədov, Nail Nağıyev

Hakim-inspektor: Asim Xudiyev

AFFA nümayəndəsi: Ramiz Mustafayev

“Bayıl Arena”

Səbail: 1. Aleksandr Rıbka, 13. Şəhriyar Rəhimov, 5. Vüqar Bəybalayev, 14. Rahid Əmirquliyev (k), 10. Ağabala Ramazanov, 32. Elvin Yunuszadə, 99. Jarjue Maudo, 8. Yevgeni Koçuk, 27. Emil Martinov, 28. Kevin Kubemba, 7. Fəhmin Muradbəyli

Ehtiyat oyunçular: 25. Elxan Əhmədov, 50. Fərhad Vəliyev, 26. Kamal Qurbanov, 88. Orxan Qurbanlı, 33. Tome Kitanovski, 3. Tamazi Tsetsxladze, 17. Elçin Rəhimli, 18. Aqşin Qurbanlı, 19. Ruslan Hacıyev

Baş məşqçi: Aftandil Hacıyev

Zirə: 85. Kamal Bayramov (k), 39. Sadiq Quliyev, 88. Tellur Mütəllimov, 26. Miloş Radivoyeviç, 27. Adrian Skarlatake, 11. Dilan Duventru, 91. Bilal Həmdi, 9. Aleksandr Dedov, 18. Xulio Sezar Rodriges, 38. İlkin Muradov, 99. Rafael Məhərrəmli 

Ehtiyat oyunçular: 1. Orxan Sadıqlı, 62. Abdulla Seyidəhmədov, 8. Kamal Mirzəyev, 77. Mirsahib Abbasov, 10. Sadio Tounkara, 23. Mfo Kqasvane, 17. Robin Nqalande, 20. Fofana İsmael, 3. Budaq Nəsirov

Baş məşqçi: Samir Abasov