
Azərbaycan millisinin üzvü oynadı, komandası qələbə qazandı
Niderland yüksək liqasında 25-ci turun matçları keçirilib.
Komanda.az xəbər verir ki, Azərbaycan millisinin futbolçusu Ozan Can Kökçünün formasını geyindiyi “Volendam” doğma meydanda “Qroningen”lə üz-üzə gəlib. Oyun “Volendam”ın 3:2 hesablı qalibiyyəti ilə başa çatıb.
Yığmanın yarımmüdafiəçisi 79 dəqiqə meydanda olub.
Xal ehtiyatını 27-yə çatdıran “Volendam” turnir cədvəlində təhlükəli zonadan bir qədər uzaqlaşmaqla 14-cü pilləyə yüksəlib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



