Azərbaycan millisi Türkiyədə təlim-məşq toplanışına başladı
Sərbəst güləş üzrə Azərbaycan yığması bu gündən ölkə xaricində növbəti təlim-məşq toplanışına başlayıb.
Komanda.az xəbər verir ki, millimiz yanvarın 13-dək Türkiyədə həm fiziki, həm də taktiki-texniki hazırlıq keçəcək.
İstanbulda təşkil olunan toplanışda Azərbaycan və Türkiyə ilə yanaşı, daha bir neçə ölkənin komandası iştirak edəcək.
Heyətdə 18 güləşçi yer alıb. Belə ki, baş məşqçi əvəzi Zəlimxan Hüseynov və məşqçi Arif Abdullayevin rəhbərliyi altında Əfqan Xaşalov, Pərviz İbrahimov, Georgi Edişeraşvili (hamısı 57 kq), İntiqam Vəlizadə (61 kq), Hacı Əliyev, Əli Rəhimzadə, Turan Bayramov (hamısı 65 kq), Ağahüseyn Mustafayev, Toğrul Əsgərov (hər ikisi 70 kq), Hacımurad Hacıyev, Hacımurad Ömərov (hər ikisi 74 kq), Abubakr Abakarov (79 kq), Cəbrayıl Həsənov, Osman Nurməhəmmədov (hər ikisi 86 kq), Şamil Zubairov (92 kq), Şərif Şərifov, Nurməhəmməd Hacıyev (hər ikisi 97 kq) və Camaləddin Məhəmmədov (125 kq) təlim-məşq toplanışına qatılıb.
Qeyd edək ki, toplanışın yekununda millimizin üzvləri Yaşar Doğunun xatirə turnirində mübarizə aparacaq.
Bizi Facebook-da izləyin