Azərbaycan millisi Gürcüstanı məğlub etdi – 2 dəfə

Qadın həndbolçulardan ibarət Azərbaycan millisi Bakıdakı təlim-məşq toplanışının ardından Gürcüstanda hazırlıq prosesinə başlayıb.

Federasiyanın mətbuat xidmətindən Komanda.az-a verilən məlumata görə, milli komanda Tbilisidə baş məşqçi Slavisa Ristiçeviç və köməkçi məşqçi Fuad Yangildinin rəhbərliyi altında çalışır. Toplanış zamanı yığma Gürcüstan millisi ilə iki yoxlama görüşünda qüvvəsini sınayıb. Ristiçeviçin komandası əvvəlcə 28:17, daha sonra 26:16 hesabı ilə qalib gəlib.

İslam Həmrəyliyi Oyunlarına hazırlıq məqsədi daşıyan təlim-məşq toplanışına iyunun 24-da yekun vurulacaq.