
Azərbaycan millisi bu gün Şimali İrlandiya ilə qarşılaşacaq
Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirəcək.
Komanda.az xəbər verir ki, B Liqasının 6-cı qrupunda yer alan U-19 bu gün Şimali İrlandiya ilə qarşılaşacaq.
Oyun Litvanın Kaunas şəhərindəki “Raudondvario” stadionunda, saat 17:00-da başlayacaq.
İlham Yadullayevin baş məşqçisi olduğu Azərbaycan millisi ilk görüşdə meydan sahibi Litvaya uduzub – 0:4.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin


